Əri tərəfindən başı qırxılan qadına işgəncə verilib - Bu da sübutu (FOTO)


20:24     05 Dekabr 2018 2018/12/A423D635-FA73-44EE-8D9B-CAC15D67964C_10808188566.jpeg


Ərinə xəyanət etdiyi iddiası ilə saçı qırxılan və bu görüntüləri sosial şəbəkəyə yayılan qadınla bağlı yeni detallar ortaya çıxıb.

Hadisə baş verən gün qadına qarşı törədilən işgəncə izlərinin görüntülərini əldə edilibb. Məlum olub ki, xəyanət etdiyi iddia olunan qadın videoya çəkiləndən əvvəl və sonra vəhşicəsinə döyülüb.

Görüntülərdən bəlli olur ki, qadının bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirilib, bədənində siqaret söndürülüb. Qadının ailəsi iddia edir ki, hətta 5 yaşlı qızlarının əlinə bıçaq verilərək, "get, ananı yarala" deyilib.
Zərərçəkən tərəfin ailə üzvlərinin bu sayaq məhrəm xarakter daşıyan şəkillərin bu formada yayılmasına etiraz etmədiyini nəzərə alaraq görüntüləri təqdim edirik.











Femida.az

Açar sözlər:

Oxunub: 3517