İcazəsiz balıq ovlayan şəxslər saxlanıldılar
10:37 06 Dekabr 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Əlibaba Kərimov və Siyəzən rayon sakini İsa Səmədov olduğu müəyyən edilib. Onlardan ovlanması qadağan edilən 2 uzunburun, 4 nərə və digər balıq növləri, ov alətləri və asma mühərrikli qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Femida.az
Oxunub: 443
Oxşar xəbərlər
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb
- Rusiya bu gün Kiyevi Xəzər dənizindən ən bahalı raketi ilə atəşə tutub
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Xəzər dənizində zəlzələ olub
- "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə maaşlar 15% artırılıb
- Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub
- Xəzər rayonunda iki nəfər dəm qazından zəhərlənib
- Xəzər dənizində zəlzələ olub
- Xəzər dənizində köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib