Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
19:43 06 Dekabr 2018
Avropanın ən kiçik ölkələrindən biri olan Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq.
Femida.az xəbər verir ki, çərşənbə günü ikincə dəfə and içərək vəzifəsinin icrasına başlayan Xavier Bettelin idarə etdiyi hökumət 2019-cu ilin yayından etibarən qatar, tramvay və avtobuslarda gediş haqqılarını aradan qaldırılmasını planlaşdırır.
Bu addımla hökumət tıxacları və havaya ötürülən karbon qazının miqdarını azaltmağı hədəfləyir.
Qeyd edək ki, Lüksenburq şəhəri Avropanın ən sıx nəqliyyatına sahibdir. Şəhər əhalisinin sayı 110 min nəfər olsa da, hər gün çalışmaq üçün bura 400 min insan gəlir. 2,5 min kv. kilometr ərazisi olan Lüksenburqun isə əhalisinin ümumi sayı 600 mindir. Hər gün 200 min insan Fransa, Belçika və Almaniyadan çalışmaq üçün bura gəlir.
2016-cı ildə aparılmış araşdırmaya görə, sürücülər tıxac səbəbində nəqliyyatda ümumilikdə 33 saat vaxt itirirlər.
Xatırladaq ki, ötən yay ölkədə 20 yaşdan aşağı əhali üçün ictimai nəqliyyat pulsuz edilmişdi.
Həmçinin Bettel hökumətinin planları arasında marixuananın leqallaşdırılması və 2 yeni tətil elan edilməsi də var.
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir