Bakıda məmura hücum edən kişi belə üzr istədi - Video


21:15     07 Dekabr 2018 18_12_08_1544246842.jpg

Dekbarın 5-də Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.

Agentlikdən Femida.az-a verilən məlumata görə, törətdiyi hadisəni etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, o, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.


Açar sözlər:

Oxunub: 554