Bu yolda müvəqqəti geri dönmək olmaz - FOTO


10:38     08 Dekabr 2018 2018/12/48375-1544250108_1544251169.jpg

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissə tam olaraq bağlanır.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilib.

Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.





Femida.az

Açar sözlər:

Oxunub: 777