Səudiyyə Ərəbistanı neft ixracını azaldacaq

Səudiyyə Ərəbistanı neft ixracını azaldacaq


21:13     08 Dekabr 2018 2018/12/5BD5F03A-BC72-41F9-9C23-BD7D2E97BFE0_1544289571.jpeg

Səudiyyə Ərəbistanı yanvar ayında noyabrın göstəriciləri ilə müqayisədə neft ixracını gündəlik 1 milyon barel azaldacaq.

Femida.az "Report"a istinadən bildirir ki, bunu şənbə günü mənblərə istinadən "Reuters" yazıb.

Bildirilir ki, yanvarda Səudiyyə neftinin ixracı xammala olan tələbatın mövsümü olaraq azalması ilə əlaqədar sutkada 7,3 milyon barel təşkil edəcək. Mənbələrin qeyd etdiyinə görə, ixracın azaldılması qərarı Səudiyyə Ərəbistanının OPEC+ ölkələri ilə neft hasilatının azaldılmasına dair sövdələşmənın yerinə yetirilməsi ilə bağlıdır.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 133