Qubada 17 yaşlı tələbə itkin düşdü
13:58 10 Dekabr 2018
Qubada tələbə gənc itkin düşüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə getmiş, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmamışdır.
Əziz Qasımovun əlamətləri belədir: Boyu 180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar və eyni rəngdə qısaqol gödəkcə, göy idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə və 050-364-49-50; 050-863-11-50 (Atası) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Femida.az
Oxunub: 629
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- BSU-nun tələbəsi vəfat edib
- Qəbələdə tələbə tüfənglə özünü öldürüb
- Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad olunur
- Azərbaycanda 22 yaşlı əlaçı tələbə qəflətən vəfat edib
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
- Neftçalalı tələbənin Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilir