Ana bətnindəki körpəsini öldürdü - Lənkəranda
09:39 11 Dekabr 2018
Lənkəranda ana öz körpəsini bətnində öldürüb.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.
Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.
Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib.
Nəticədə dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Oxunub: 385
Oxşar xəbərlər
- Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
- Ana və övladlarının qətlinin daha bir təfərrüatı: Qatilin apardığı pulla ev alacaqlarmış
- ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
- ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb
- ANAMA daha 30 minaaxtaran it alacaq
- Ana həbsdəki oğluna narkotik gətirib
- ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
- Ana sevgilisi ilə birləşib oğlunu qətlə yetirdi