Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
09:11 25 İyun 2022
Şabranda anasını qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Nazırovun məhkəməsi başlayır.
Femida.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fikrət Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin martında Şabran rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü Məhəmməd Nazırov anası - 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr vurub. Zərəçəkmiş aldığı xəsarətlərdən ölüb. M.Nazırov hadisəni törədəndə sərxoş vəziyyətdə olub.
M.Nazırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxunub: 260
Oxşar xəbərlər
- Anasını çəkiclə öldürən ruhi xəstənin cinayət işi məhkəməyə göndərilib
- Anasının fermasından 71 baş keçi oğurlayan Şəki sakini tutuldu
- Anasını öldürüb, meyitini yandıran şəxsə hökm oxundu: 19 İL HƏBS
- Anasının ölümündən 56 gün sonra dünyaya gəldi
- Anasını öldürüb meyitini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib
- Anasını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başladı
- Anasını görməyə getdi - Qətlə yetirildi
- Anasını öldürən qız həbsdə qaldı - Şikayəti təmin edilməyib
- Anasını fahişəliyə cəlb edən qızla bağlı qərar veridi: Həbs yatacaq
- Anasının məşuqunu ofisdə güllələdi - HADİSƏNİN VİDEOSU