Cəbhədəki bu postlara nəzarət Müdafiə Nazirliyindən alındı
15:13 14 Dekabr 2018
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması barədə tapşırıq verib.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində xidmət rəisi, general-polkovnik Elçin Quliyev deyib.
E.Quliyev bildirib ki, sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirilir.
DSX rəisi Ali Baş Komandanın bu qərarının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini vurğulayıb.
Femida.az
Oxunub: 1953
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DSX-yə yeni sözçü təyin edilib
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- DSX-nin baş çavuşu intihar edib
- DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb