Bərdə sakini küçədə bıçaqlandı


22:34     14 Dekabr 2018 metro%20bicaq4.jpg

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az Trend-ə istinadən məlumatına görə, hadisə rayonun İstisu adlanan ərazisində qeydə alınıb.

Laçın rayonunda qeydiyyatda olan 1994-cü il təvəllüdlü Novruzov Cənnət Şakir oğlu Bərdə rayon sakini Teymurov Ruslan İlyas oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində C.Novruzov R.Teymurovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Femida.az

Açar sözlər:

Oxunub: 462