Vəzifəli şəxs cərimə olunudu - 3000 manat
09:41 18 Dekabr 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Tuğ zavod yaşayış massivi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı “GurCel” MMC-yə məxsus metaləritmə sexinin rəisi Amil Süleymanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə “GurCel” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
- Vəzifəli şəxsləri şantaj edib pul alan sayt rəhbəri həbs olundu
- Vəzifəli şəxslərin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edilib
- Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
- Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - Xəstəxanada
- Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə əlaqədar cinayət işi başlanıb
- Vəzifəli şəxsin məhkəməsi başlayır
- Vəzifəli şəxsin qanunsuz hərəkətləri ifşa olunub
- Vəzifəli şəxslərin adından istifadə etdi - 70 mindən çox pul mənimsədi
- Vəzifəli şəxslərə cinayət işi açıldı - Qanunsuz ağac kəsilməsinə görə