Erməni zabit həmkarını güllələdi


15:17     18 Dekabr 2018 bir%20ermeni%20de%20bele%20getdi.jpg

Ermənistan ordusunda daha bir qətl hadisəsi törədilib.

Femida.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin baş leytenantı Q.M. tabel avtomat silahından açdığı atəş nəticəsində müqavilə əsasında xidmət edən Armen Arutyunyanı güllələyərək yaralayıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb və bildirilib ki, baş leytenant ehtiyatsızlıq səbəbindən A.Arutyunyanı yaralayıb.

Hadisə ilə bağlı cinayət işi başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 556