Əlillər müalicə müəssisələrinə göndərilib
21:20 18 Dekabr 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.
Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, reabilitasiyasına xidmət edən işlər ildən-ilə güclənir. Fiziki məhdudiyyətli vətəndaşların sanator-kurort yollayışları ilə təminatı da həyata keçirilməkdədir.
Yola salınan şəxslərin 22 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçəcəklər.
Bu ayın əvvəlindən artıq 117 nəfər əlilliyi olan şəxsin Naxçıvan MR-dəki müalicə müəssisələrində müalicə kursu keçmələri təşkil edilib.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Əlillərlə bağlı yeni qaydaların qüvvəyə minmə vaxtı uzadılıb
- Əlillərin reabilitasiya vasitələrinin növlərinin siyahısı artırılıb
- Əlillərə avtomobillərin verilməsi ilə bağlı YENİ QAYDALAR
- Əlillər üçün tikilmiş mənzilləri satan şəxs tutuldu - 6,5 milyonluq korrupsiya
- Əlillər üçün yeni layihə hazırlanıb
- Əlillərə qulluq edənlərin diqqətinə! - Sənəd qəbulu başladı
- Əlillərə 10 min reabilitasiya vasitəsi verilib
- Əlillərin təhsil haqqını dövlət ödəyəcək - SƏRƏNCAM
- Əlillərə qulluq edən şəxslərə aylıq pul veriləcək