Paşinyanla Kaspşik Qarabağı müzakirə edib


08:53     19 Dekabr 2018 2018/12/9E657E58-8077-46AF-8E7E-A22D2A3325B5_1545195302.jpeg

Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaşpşiklə görüşüb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsi müzakirə olunub.

Danışıqlarda qarşılıqlı etimad və sülh prosesi üçün mühitin yaradılması istiqamətində addımların atılmasının vacibliyi vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 403