Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”
09:36 19 Dekabr 2018
Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşdə prezident Aleksandr Lukaşenkonun sensasion çıxışını dərc etməkdə davam edirlər. Həmin çıxışında belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb.
“Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?” – Lukeşanko bildirib.
Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.
“Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum”, - Lukaşenko əlavə edib.
Oxunub: 905
Oxşar xəbərlər
- Lukaşenko Ukrayna istiqamətində Silahlı Qüvvələrin operativ komandanlığının yaradılmasını əmr edib
- Putin və Lukaşenko arasında görüş olacaq
- Lukaşenko sabah Moskvada Putinlə görüşəcək
- Zelenski ilə Lukaşenko arasında telefon danışığı olub
- Lukaşenko və Tokayev arasında telefon danışığı olub
- Putin və Lukaşenko müdafiə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər
- Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub
- Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı
- Putin və Lukaşenko Soçidə danışıqları davam etdirib
- Lukaşenko Azərbaycan Prezidentinə təbrik məktubu yazıb