Sabahdan Bakıda ilk müasir bayram yarmarkası açılır


11:57     20 Dekabr 2018 2018/12/bazar_0124_1545292601.jpg


"Yeni il bayramı ilə əlaqədar olaraq bizə çoxlu suallar ünvanlanırdı. "Bayramqabağı yarmarkalar acılacaqmı", deyə soruşurdular. Bəli, sabah Bakıda kənd təsərrüfatı yarmarkası açılacaq".


Femida.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib.

O bildirib ki, "Kənddən şəhərə" layihəsi vasitəsi ilə keçiriləcək yarmarka kiçik və orta sahibkarlar ücun nəzərdə tutulub:

"Bu yarmarka şəhər əhalisi üçün maraqlıdır. Yarmarka Nizami 154 ünvanında, 21-30 dekabr tarixlərində təşkil olunacaq. Fermerlərə qapalı, xüsusi şəraiti olan yer təklif edilib. Yarmarkanın iştirakçıları Dövlət Aqrar Mərkəzlərdə qeydiyyatdan keçən fermerlər olacaq. Bütün bölgələrdən ümumilikdə 110 fermer iştirak edəcək. Yarmarkada məhsulların keyfiyyəti Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən yoxlanılır. Yarmarkanın yaxınlığından xüsusi laboratoriya təşkil edilib. Əvvəlcə məhsullar orada yoxlanacaq, daha sonra satışa buraxılacaq".

Amin Nəzərli
Femida.az

Açar sözlər: #kənd   #yarmarka   #bayram   #Kənd_təsərrüfatı   #Aqrar  

Oxunub: 1209