Beyləqan sakini mübahisə zamanı həmkəndlisini güllələyərək öldürüb
11:06 05 İyun 2022
İyunun 5-i saat 08 radələrində Beyləqan rayonu Mayak qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Bəhruz Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Femida.az-a rayon prokurluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Arif Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan iki dəfə atəş açaraq Bəhruz Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Arif Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 238
Oxşar xəbərlər
- Beyləqanda ev yanıb, xəsarət alan var
- Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
- Beyləqanda çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var
- Beyləqan sakinindən odlu silah və qumbara aşkar edilib
- Beyləqan sakini özünü asıb
- Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
- Beyləqanda avtomobil ağaca çarpılıb, ölən var
- Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb
- Beyləqanda avtomobil qadını vuraraq öldürüb
- Beyləqanda sevgilisinin qətlini sifariş edən qadın kassasiya şikayəti verib