Direktor küçənin ortasında şagirdi döyür - Azərbaycanda şok olayın VİDEOSU
12:24 20 Dekabr 2018
Ötən gün Cəlilabadda məktəb direktorunun 9-cu sinif şagirdini döyməsi ilə bağlı mediada və sosial şəbəkələrdə video yayılıb.
Cəlilabad Rayon Təhsil Şöbəsindən Femida.az-a verilən məlumata görə, hadisəylə bağlı araşdırma aparılır:
"Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntüyə dair bildiririk ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb. Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".
Femida.az
Oxunub: 820
Oxşar xəbərlər
- Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb
- Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək
- Direktorların işə qəbulu imtahanlarının nəticələrinin təhlili açıqlanıb
- Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı
- Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
- Direktorların işə qəbulu üzrə test imtahanları başlayır
- Direktordan hicab qalmaqalına münasibət: Heç bir şiddət olmayıb
- Direktor olmaq istəyənlərin nəzərinə!
- Direktoru olmaq üçün 13 mindən çox namizəd müraciət edib
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilib