Putinin mətbuat konfransı başa çatıb - YENİLƏNİB


17:32     20 Dekabr 2018 18_12_20_1545300382.jpg

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı başa çatıb.


Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, geniş konfrans 3 saat 46 dəqiqə davam edib. Sonda Putin hər kəsi Yeni İl münasibətilə təbrik edib.

Ötən il Putinin mətbuat konfransı 3 saat 41 dəqiqə davam edib. O bu müddət ərzində 73 suala cavab vermişdi.

***

Rusiya Federasiyasının prezidenti Vladimir Putin canlı yayımda jurnalistlərin qarşısında çıxış edir.

Femida.az xəbər verir ki, mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist qeydiyyatdan keçib. Mətbuat konfransı iqtisadi, sosial, regional, beynəlxalq siyasət və digər məsələlərə həsr olunub. Konfrans “Rossiya-1”, “Rossiya-24”, “Pervıy kanal” televiziya kanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə canlı yayımlanır.


Açar sözlər: #Putin   #Rusiya   #canlı   #suallar  

Oxunub: 1007