Putin evlənməklə bağlı suala belə cavab verdi - VİDEO


17:49     20 Dekabr 2018 2018/12/49020-1545303861_1545313841.jpg

Rusiya prezidenti Vladimir Putin Böyük Mətbuat Konfransında çıxışı zamanı evlənməsi ilə bağlı sualı cavablandırıb.


Putin "Life" kanalının müxbirinin sualına cavab verərkən deyib ki, hər bir şəxs kimi onun da buna haqqı var.

Jurnalist və Prezident arasında dialoq belə olub:

Jurnalist: Siz nə vaxt və kiminlə evlənəcəksiniz?

Prezident: Bu tamamilə fərqli sualdır. Bəs, siz özünüz evlisiniz?

Jurnalist: Bəli, evliyəm.

Prezident: O, evlidir və istəyir ki, mən də onun kimi olum. Hər bir vicdanlı şəxs kimi mən də bunu nə vaxtsa edəcəm.



Femida.az

Açar sözlər:

Oxunub: 500