Direktor 12 min 500 manat CƏRİMƏLƏNDİ


10:27     21 Dekabr 2018 valyuta_manat_0257.jpg

Havaya atılan tullantıya görə müəssisə direktoru cəzalandırılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazirliyə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı şikayət daxil olub.

Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb. Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun direktoru Yalçın Əsədov barəsində akt, protokol tərtib edilib. Hazırda direktorun hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün tədbirlər görülür.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 594