Arvadını toy günü baltaladı - İsmayıllıdakı qətlin təfərrüatı
10:50 24 Dekabr 2018
"Onlar 47 il bir yerdə ömür sürüblər".
Xəbər verildiyi kimi İsmayıllıda 65 yaşlı qadın qətllə yetirilib. Rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti kənddə evinin həyətində tapılıb. Bu gün isə həmin qətlin bəzi təfərrüatı məlum olub.
Femida.az xəbər verir ki, rayonun Gəraybəyli kənd sakinlərinin Aznews-a verdiyi məlumata görə, Əzizə Axundovanı 74 yaşlı həyat yoldaşı öldürüb:
“Onlar 47 il bir yerdə ömür sürüblər. Əmi oğlu, əmi qızıdırlar, 3 övladları var. Hamısı ailə qurub, uşaqları var. Qətl günü cütlüyün toy günü imiş. Aralarında mübahisə düşüb. Kişi qadının başından bir neçə dəfə balta ilə vurub. Bundan ürəyi soyumayaraq ipi boğazına keçirib və boğub. Sonra da meyiti kollar arasında gizlədib. Kişi həyat yoldaşını öldürməyi ilə bağlı məktub yazıb. İndi hamı onu axtarır”.
Femida.az
Oxunub: 1754
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır