Daha bir gənc bıçaqlanaraq öldürüldü


14:33     24 Dekabr 2018 metro%20bicaq4.jpg


Yevlax rayonunda gənc oğlan bıçaqlanıb.

Femida.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini, 18 yaşlı Əhmədli Ağa Mehman oğlu həmyaşıdı Nərmanov Namiq Yelmar oğlu tərəfindən 6 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılılb, araşdırma aparılır.

Xatırladaq ki, bu gün Bakıda da tələbə gənc bıçaqlanaraq öldürülmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 708