Ukrayna dəniz müharibəsinə HAZIRLAŞIR? – Moskvaya SİQNAL


17:25     28 Dekabr 2018 18_12_28_1546003572.jpg

Ukrayna gəmi əleyhinə raket kompleksi yaratmaq niyyətindədir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib.

“Biz gəmi əleyhinə kompleksin yaradılması məsələsini qarşımıza qoyuruq. O manevr imkanı olması üçün mobil olmalıdır”, - Poltorak deyib.

Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya təhlükəsizliyi məsələləri üzrə xidmətin başçısı Valentina Petrov bildirib ki, Ukraynada yeni operativ-taktik raketlərin yaradılması üzərində iş gedir. Onun sözlərinə görə, yeni zenit kompleksləri işlənir, operativ-taktik raketlər və gəmi əleyhinə komplekslər hazırlanır.

Açar sözlər:

Oxunub: 433