Putin Maqnitoqorska gedib


18:02     31 Dekabr 2018 putin8.jpg

Rusiya Prezidenti Vladimir Putin Maqnitoqorska gedib.

Femida.az xəbər verir ki, Putin hadisə yerində yaradılan qərargaha baş çəkib və xilasetmə işləri ilə bağlı tapşırıqlar verib.

Bundan başqa vilayətdə matəm elan olunacağı gözlənilir. Binanın digər hissələrinin də dağılma ehtimalı var. Güclü şaxta xilasetmə işlərini çətinləşdirir.

Qeyd edək ki, Rusiyani Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində onmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb. Binanın partlayış nəticəsində çökmüş girişindəki mənzillərdə 120 sakin qeydiyyatdadır, onlardan 35 nəfərin taleyi naməlumdur. Vilayətdə fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 510