Mingəçevirdə 4, Samuxda 3 otaqlı ev partladı - Yaralılar var


10:51     01 Yanvar 2019 19_01_01_1546324119.jpg

Mingəçevirdə yanğın qeydə alınıb.

Mingəçevir şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçmuşdur. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

*

Samux rayonunun Qədili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanıq xəsarəti almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 516