Erməni zabit narkotik satarkən tutuldu


15:19     01 Yanvar 2019 2019/01/EA2A3956-D3A8-4458-8275-C40A31D47D8F_1546341908.jpeg

Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində hərbi qulluqçuların narkotik qəbul etdiyi məlum olub.

Tank əleyhinə taborun taqım komandiri Abraham Maroxyan narkotik maddəni başqa bir zabitə satarkən yaxalanıb. Araşdırma zamanı məlum olub ki, A.Maroxyan özü də uzun müddətdir narkotik maddə aludəçisidir.

Faktla bağlı cinayət işi açılıb və zabitin tərxis olunması barədə vəsatət qaldırılıb.(AzərTAc)

Femida.az

Açar sözlər:

Oxunub: 463