Bakı şəhəri üzrə əsas kapitala nə qədər vəsait yönəlib?


22:00     02 Yanvar 2019 2019/01/68821623-8868-48AD-86FA-356139733DC4_1546452231.jpeg

2018-ci ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə əsas kapitala 11031,6 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz az vəsait yönəldilib.

Femida.az xəbər verir ki, Bakı Şəhəri Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 7394,5 milyon manatı və ya 67,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 437