Bu il Azərbaycana fəsillərin daxilolma vaxtları AÇIQLANIB


12:40     03 Yanvar 2019 2019/01/fesiller_1546504778.jpg

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.


Femida.az-ın Azərbaycan Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 672