Erməni hərbçilər Kəlbəcərə gələn yolda qəzaya düşdü :7 yaralı var +FOTO


16:52     03 Yanvar 2019 2019/01/268304_res_01_1546520072.jpg

Ermənistanın Geqarkunik vilayətində yanvarın 2-də baş vermiş qəzada hərbi hissə komandirinin müavini də daxil olmaqla 7 nəfər yaralanıb.



Xəbərə görə qəza işğal altındakı Kəlbəcər rayonuna çəkilən yolun 5-ci kilometrliyində baş verib. “İnfiniti” markalı avtomobillə “Mercedes” avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri yaralanıb. “İnfiniti”nin sükanı arxasında 39 yaşlı Yerevan sakini, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandir müavini Tatul Sərkisyan olub. “Mercedes”i isə Çarentsavan polis şöbəsinin növbətçi hissəsinin rəhbərinin köməkçisi Unan Zöhrabyan idarə edib.

Açar sözlər:

Oxunub: 463