Gəlini tərəfindən döyülən qaynana polisə müraciət etdi


11:14     04 Yanvar 2019 2019/01/19_01_03_1546535440_1546586043.jpg


Bakıda qaynanasını döyən qadınla bağlı yeni xəbər var.

Femida.az xatırladır ki, hadisə yeni il bayramı günü baş verib. Belə ki, “Təmiz Dünya” qadınlara yardım sığınacağına müraciət edən Cavadova Edeliya gəlini tərəfindən döyüldüyünü, burnunun sındığını bildirib. Mübahisə yeni ili harada keçirmək üstündə yaranıb. Gəlin öz valideynlərinin yanına getmək istəyib. Qaynana isə bayramda evdə olmaq lazım olduğunu bildirib. Sonda gəlin qaynanasına xəsarət yetirib.

Sığınacağın rəhbəri Mehruiban Zeynalovanın Femida.az-a açıqlamasına görə, məsələ ilə bağlı polisə müraciət olunub:

“Hadisə baş verən gün gəlin üevdəki bütün yeməkləri də götürüb öz anası gilə aparıb. Qaynana artıq polisə şikayət ərizəsi ilə müraciət edib. Hazırda gəlin öz anası gildə olduğu üçün qaynana öz evinə qayıtdı. Amma bizimlə daim əlaqədədir. Qeyd edim ki, gəlin döyülən xanımın oğlu ilə rəsmi nigahda olsa da, yaşadıqları evdeə qeydiyyatı yoxdur. Qadının bildirdiyinə görə, belə hadisələr tez – tez yaşanır. Gəlin qaynanasını evdən çıxarır. Yalınız özü evdən çıxdıqdan sonra qaynanasının gəlməsinə icazə verir. İndi ailə daxilində tam olaraq nə baş verdiyini biz bilmirik. Amma qadın bunları qorxaraq danışırdı”.



Femida.az

Açar sözlər: #femida   #qadın   #sığınacaq   #polis  

Oxunub: 1466