200 milyon insan etiraz aksiyası keçirir - VİDEO
11:35 08 Yanvar 2019
Hindistanın 200 milyon vətəndaşı ağır yaşayış şərtləri və dövlətin sosial siyasətinə etiraz olaraq 2 günlük ümummilli tətilə başlayıblar.
Azvision.az “NDTV” telekanalına istinadən xəbər verir ki, etiraz aksiyalarının təşəbbüskarları yerli həmkarlar ittfaqları və solçu hərəkatların liderləridir. Etirazçılar minimum əmək haqqı və pensiyaların artırılmasını, işsizlikdən müdafiə, sosial təminatların gücləndirilməsini tələb edirlər.
Qeyd olunub ki, bəzi yerlərdəki etirazlarda zorakılıq və polislə qarşıdurma müşahidə olunur. Cənubdakı Kerala ştatında aksiya iştirakçıları dəmiryollarında oturaq etirazlar keçirirlər. Avtomobil şoselərində də maşınların hərəkəti bloklanıb.
Artıq sənaye, bank, sığorta və nəqliyyat sektorları işçilərinin də aksiyalara qoşulduğu bildirilir. Tələbələr, fermerlər və federal KİV nümayəndələri də etirazları dəstəkləyirlər. Ümummilli aksiyaların təşkilatçıları bəyan ediblər ki, Hindistan hökuməti onların tələb və şikayətlərinə baxmasa, etirazları davam etdirəcəklər.
Oxunub: 525
Oxşar xəbərlər
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- 200-dən çox cinayətkar Azərbaycana ekstradisiya olunub - Son 5 ildə
- 200-ə yaxın qaziyə əlillik təyin edilib
- 200-dək hüquqşünas hakim olmaq istəyir
- 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaq
- 200 manatdan çox maaş alan şəxslərdən vergi bu qaydada tutulur
- 200 saxta əlillik ləğv edilib -Son bir ayda
- 200 minlik zərər iddiası - DGK-dan RƏSMİ MÜNASİBƏT
- 200 iynə udan gəncdən xəbər var
- 200 iranlının Gürcüstandan qovulmasının səbəbi nədir?