Səudiyyə Ərəbistanından bir ilk - Qadınlar stüardessa işləyəcək
13:45 08 Yanvar 2019
Səudiyyə Ərəbistanından olan ilk qadın təyyarə bələdçiləri bu ay işə başlayacaqlar.
Femida.az xəbər verir ki, Səudiyyənin "Flynas" büdcə aviaşirkətinə məxsus hava gəmilərinin göyərtələrində sərnişinlərə xidmət edəcək stüardessalar müvafiq kursları bitiriblər. Ümumiyyətlə, "Flynas" iki il ərzində 300 stüardessa hazırlamağı planlaşdırır.
Bələdçilərin formalarının Səudiyyədə adət və ənənələrinə uyğun olacağı bildirilir.
Bu işdə çalışmaq istəyən qadınlar orta təhsilli olmalı, ingilis dilini bilməli və beynəlxalq aviasiya standartlarına cavab verən boy və çəkiyə malik olmalıdırlar.
Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlara avtomobilləri idarə etmə hüququ və taksi sürücüsü işləməyə icazə verilib.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib
- Səudiyyə Ərəbistanında ilk qadın zabitlərin buraxılış mərasimi olub
- Səudiyyə Ərəbistanı kralı və vəliəhdi İlham Əliyevi təbrik edib
- Səudiyyə Ərəbistanında üç əsgər edam edildi
- Səudiyyə Ərəbistanı, Asiya və ABŞ üçün neft qiymətlərini artırdı
- Səudiyyə Ərəbistanı Qaşıqçı məsələsi ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib
- Səudiyyə Ərəbistanının şahzadəsi İlham Əliyevi təbrik edib
- Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
- Səudiyyə Kralı Azərbaycan Prezidentini təbrik edib
- Səudiyyə Ərəbistanının Kralı Allahşükür Paşazadəni qəbul edib