Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb


17:05     08 Yanvar 2019 DİN.jpg

Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb.


Femida.az -ın "Report"un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.

Femida.az

Açar sözlər: #kriminal   video  

Oxunub: 1144