Bakıda ŞOK hadisə: Qadını hipnoz edib başına bu oyunu açdılar +VİDEO
09:45 11 Yanvar 2019
Dilənmək adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edirlər.
Femida.az -ın Xezerxeber.az-a istinadən məlumatına görə, son günlər bu cür cinayətlərə xüsusən də paytaxtda tez-tez rast gəlinir.
Təkcə ötən gün ''Xəzər Xəbər''ə dilənmək və ya fala baxmaq adı ilə mənzilə daxil olan şəxslərin fırıldağına məruz qalan 6 nəfər müraciət edib.
Belə bir cinayətə məruz qalan şəxslərdən biri də paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Rühəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə onların qapısını döyüb. Rühəngiz Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyib, mənzilə daxil olublar.
Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara mane olan olmasın. Rühəngiz Əhmədzadəni onlar hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb təxminən 1 saat yarımdan sonra özünə qaytaracaqlar.
Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən 4 min 300 manat məbləğində ziyana düşyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə xəbər verib.
Qadın özünə gəldikdən bir az sonra polisə də məlumat verib. Xətai rayon Polis İdarəsindən bildirildi ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.
Oxunub: 1059
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb