Naxçıvanda yol qəzalarının sayı 54 faiz azalıb
09:50 11 Yanvar 2019
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Femida.az xəbər verir ki, kollegiya iclasında çıxış edən daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin saxlanılması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.
Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 müxtəlif növ silah və xeyli sayda döyüş sürsatı təhvil verilib.
Muxtar respublikanın daxili işlər naziri qeyd edib ki, 2018-ci ildə ümumilikdə 1702 vətəndaş qəbul edilib və müraciətlərin əksəriyyəti həll olunub.
"Görülən tədbirlərin nəticəsidir ki, ötən il yol qəzalarının sayı 2017-ci illə müqayisədə 54 faiz azalıb. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilib. Hesabat dövründə maddi-texniki bazanın möhkəmləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində də işlər davam etdirilib".
Femida.az
Oxunub: 329
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər