Ermənistan ordusu daha bir itki verdi


12:43     14 Yanvar 2019 bir%20ermeni%20de%20bele%20getdi.jpg

Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb.

Femida.az xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, qəza İrəvan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi "VAZ-2107” markalı "Jiqulu” avtomobili İran dövlət nömrə nişanlı "Volvo” yük maşını ilə toqquşub.

Məlumata görə, qəzaya səbəb "VAZ-2107”nin əks yola çıxması olub.

Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb.

Femida.az

Açar sözlər: #Erməni   #Meyit   #İrəvan-Meğri  

Oxunub: 312