Nazirlə görüşmək istəyənlər DİQQƏT! - Qəbul Sumqayıtda keçiriləcək


11:14     15 Yanvar 2019 ebulfez-qarayev-liderxeber-640.jpg

Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2019-cu ilin yanvar ayının 25-də Xızı şəhərində saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.


Femida.az-n məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.



Femida.az

Açar sözlər:

Oxunub: 443