Bu imtahanı ancaq 10 şagird verdi - Fotolar


13:10     15 Yanvar 2019 2019/01/mektebli12345_4642630554.jpg

Yanvarın 14-də ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat imtahanlarının ilk mərhələsi keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Femida.az-a verilən məlumata görə, 220 nömrəli məktəb-liseydə təşkil olunmuş imtahanda 10 şagird 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetiriblər.

Eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirəcək.

Qeyd edək ki, iki mərhələdən ibarət olan eksternat imtahanlarının müsahibə mərhələsi bu gün (15 yanvar 2019-cu il) keçiriləcək.





Femida.az

Açar sözlər:

Oxunub: 426