Universitetlərdəki imtahanlar da ləğv olundu - Havaya görə

Universitetlərdəki imtahanlar da ləğv olundu - Havaya görə


15:18     16 Yanvar 2019 19_01_16_1547637618.jpg


Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı olaraq ölkənin ali təhsil müəssisələrində də tədris prosesi dayandırılıb.

Hazırda universitetlərdə qış imtahan sessiyası olduğundan dərs prosesinə fasilə verilmişdi. Lakin hava şərəaitinə gprə imtahanlar da təxirə salınıb.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın məlumatına görə, ali təhsil müəssisəsində 17 yanvar tarixinə təyin edilmiş imtahanlar 19 yanvar tarixinə, 18 yanvar tarixli imtahanlar isə 21 yanvar tarixinə keçirilib.

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev də Femida.az-a açıqlamasında kəskin hava şəraiti ilə əlaqədar olaraq imtahanların ləğv olunduğunu deyib:

"Təhsil nazirinin əmrinə əsasən 17-18 yanvar 2019-cu il tarixində keçirilməsi nəzərdə tutulan imtahanlar ləğv olunub. Tələbələrdən xahiş olunur ki, göstərilən tarixlərdə imtahana gəlməsinlər. Ləğv olunan imtahanlarla əlaqədar əlavə məlumat veriləcək".

Amin

Femida.az

Açar sözlər: #hava   #universitet   #BDU   #AZTU   #tələbə   #imtahan  

Oxunub: 870