Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
09:12 17 Yanvar 2019
Ukrayna Ali Radasının (parlament) keçmiş deputatı, ölkənin Fiskal Xidmətinin keçmiş rəisi, milliyətcə azərbaycanlı Roman Mikayıl oğlu Nəsirov ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.
R.Nəsirəv artıq sənədlərini Ukrayna Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
R.Nəsirovun reytinqi ölkədə yüksək qiymətləndirilmir. Buna səbəb onun son tutduğu vəzifədən (Fiskal Xidmətin rəisi) korrupsiya əməllərinə görə kənarlaşdırılması, buna görə həbs olunmasıdır.
Xatırladaq ki, əslən Azərbaycanın Goranboy rayonundan olan R.Nəsirov Ukraynada azərbaycanlıların diaspor və yaxud milli özfəaliyyətində iştirak etmir.
Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb, seçkilər martın 31-də baş tutacaq. MSK artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. / Report
Femida.az
Oxunub: 516
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Sergey Şoyqu: “Ukraynada 5 937 hərbçimiz ölüb”