Bakı Limanında yükqaldırma əməliyyatları dayandırılıb


13:04     17 Yanvar 2019 2019/01/5c40431c59c1e_1547713640533585529_1000x669_1547715919.jpg

Hava şəraiti ilə əlaqədar yeni Bakı Limanında yükqaldırma əməliyyatları müvəqqəti dayandırılıb.



"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Femida.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə bağlı Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir. Günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən, Ələt qəsəbəsindəki yeni Bakı Limanında və Bakıdakı Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 288