Xətaidə sexi alov bürüdü - İçərisindəki maşın yandı


09:01     18 Yanvar 2019 2019/01/0F0CB36B-3279-439C-99ED-C5060EC76723_1547786897.jpeg

Bakı şəhərinin Xətai rayonunda yanğın hadisəsi baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın (1-ci mərtəbəsi yağdəyişmə sexi, 2-ci mərtəbəsi ofis kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan “ZAZ” markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanıb.

Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 380