Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
15:59 20 Yanvar 2019
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər təşkil olunub.
Müdafiə Nazirliyindən Femida.az a bildirilib ki, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.
Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki Şəhidlər xiyabanları ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.
Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Oxunub: 354
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)