"Qırmızı Körpü"də "Gold Mount" əməliyyatı
10:32 22 Yanvar 2019
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Femida.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2 400 ədəd "Gold Mount" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 330
Oxşar xəbərlər
- Qırmızı Bazar istiqamətindəki yanğınla bağlı rəsmi məlumat - VİDEO
- Qırmızı Bazarda düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
- Qırmızı işığı gözləmədi, iki maşına çırpıldı - Bakıdakı qəzanın VİDEOSU
- Qırmızı Körpüdə pasport sistemi çökdü - Böyük növbə yaranıb
- Qırmızı qəsəbədə 2 top mərmisi tapılıb
- Qırmızı işıqda keçən avtomobil daha 2 minik maşınını əzib, xəsarət alan var - VİDEO