Oqtay Əsədov Tacikistan sədri ilə görüşdü


03:19     29 Sentyabr 2016 oqtay%20esd.jpg

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Parlamentdən Femida.az-a verilən məlumata görə, sədr bildirib ki, nümayəndə heyətinin rəsmi səfərinin Bakıda V Humanitar Forumun keçirildiyi dövrə təsadüf etməsi və qonağın bu tədbirdə çıxışının gözlənilməsi təqdirəlayiqdir.

Spiker dost və qardaş Tacikistanla əlaqələrin qədim tarixi köklərə söykəndiyini vurğulayaraq, dostluq ənənələrinin bu gün də davam etdiyini söyləyib: “Ümidvarıq ki, münasibətlərimizin hüquqi bazasını təşkil edən bu sənədlər iqtisadi əlaqələrimizin inkişafına da imkan yaradacaq".
Şukurcon Zuxurov isə bildirib ki, müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolu olub: “Onun səyi nəticəsində əlaqələrimiz daha da möhkəmlənib. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Qonaq Azərbaycanda sentyabrın 26-da keçirilmiş referendumun nəticələrini yüksək dəyərləndirərək, bunun əhalinin ölkə Prezidentinə olan inamının göstəricisi olduğunu deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1095