Gələn ilin büdcə rəqəmləri məlum oldu – Gəlirlər və xərclər
17:04 29 Sentyabr 2016
2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.
Maliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.
Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1% təşkil edəcək.
Femida.az
Oxunub: 2484
Oxşar xəbərlər
- Gələn il bu rayonlarda `ASAN Xidmət` mərkəzləri tikiləcək - SİYAHI
- Gələn ilin bayram günləri
- Gələn ilin qeyri-iş günləri açıqlandı
- Gələn ay pensiyalar neçə faiz artacaq?
- Gələn il dənli bitkilər istehsalında rekordlar gözlənilir
- Gələn ildən elektron imza pulsuz olacaq
- Gələn il məcburi köçkünlərə ev veriləcək
- Gələn həftə Azərbaycana payız gəlir
- Gələn ayın hava proqnozu
- Gələn həftənin məzənnəsi məlum oldu