Rusiya Hələbə səhra xəstəxanası göndərdi


02:21     03 Dekabr 2016 heleb1.jpg

Rusiya Fövqəladə Hallar Nazirliyi Suriyanın Hələb şəhəri və yaxınlığındakı regionlarda əhaliyə tibbi xidməti təmin etmək məqsədilə həkimlərdən ibarət briqada və mobil səhra xəstəxanası göndərib.


Bu barədə nazirlikdən verilən açıqlamada "Suriya Prezidenti Bəşər Əsədin tələbi əsasında nazirlikdən həkimlər və səhra xəstəxanaları göndərilib. Hələb və ətrafında qurulacaq xəstəxanada terrorçuların hücumlarında zərər görən şəhər sakinlərinə keyfiyyətli və yüksək səviyyəli tibbi xidmət təmin ediləcək", - deyə bildirilib.

Suriyaya göndərilən qrupda həkimlərlə və heyətlə birlikdə 75 nəfərin yer aldığı da qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1003