ATƏT sədri Lavrovla Dağlıq Qarabağı müzakirə edəcək


21:16     12 Yanvar 2017 zaxarova2.jpg

Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək.


Femida.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ATƏT sədri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə Rusiya-Avstriya münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan başqa, ATƏT məkanındakı münaqişələr, o cümlədən Daglıq Qarabag problemi və Ukrayna məsələsi də müzakirə mövzusu olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1209